Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 23:51
Bəzi meyvələr var ki, onların qabıqları özlərindən daha faydalıdır.
Sonxeber.net həmin məhsulları təqdim edir:
Alma.
Alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəng əleyhinə təsir göstərir.
Xiyar.
Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir. Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.
Badımcan.
Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.
Kivi.
Kivinin qabıqları güclü antioksidant, antikonserogen (xərçəngəleyhinə) təsirə malikdir, iltihabəleyhinə təsir göstərir, stafilokokk və bağırsaq çöpləri ilə mübarizə aparır. Kividən smuzi və ya şirə hazırladıqda qabıqlarını soymayın - meyvələri yaxşı yuyun və istifadə edin.
Portağal.
Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Həzm proseslərini yaxşılaşdırır. (publika.az)