Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Conson iyunun 18-də Brüsseldə ''Brexit'' üzrə danışıqlarda iştirak edəcək

Conson iyunun 18-də Brüsseldə ''Brexit'' üzrə danışıqlarda iştirak edəcək

Tarix: 28 May 2020 06:24

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson iyunun ikinci yarısında Brüsselə səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş nazirinin Avropa İttifaqı ilə danışıqlardakı nümayəndəsi Devid Frost deyib.

Onun sözlərinə görə, səfər zamanı son 4 ayda ilk dəfə B.Consonun Avropa liderləri ilə "Brexit" üzrə danışıqları baş tuta bilər.

D.Frost qeyd edib ki, səfər çərçivəsində Böüyk Britaniyanın baş naziri danışıqların formal qiymətləndirilməsi üçün Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Avropa Şurasının sədiri Çarlz Mişel ilə görüşə bilər.

Baş nazirin nümayəndəsi əlavə edib ki, 18 iyuna planlaşdırılmış danışıqlar tərəflərin razılaşmanı tamamlamaq üçün kompromis əldə edə biləcəyini müəyyənləşdirməyə imkan verəcək.


Etiketlər:  Conson iyunun Brüsseldə Brexit üzrə danışıqlarda iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ