Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 10:00
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 55,97 faiz artaraq 29,726 milyon dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin aprel ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin aprel ayına nisbətən 121 faiz artaraq 7,812 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 7,576 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-aprel aylarında ölkənin ümumi ixracının 14,6 faizini təşkil edib.
Son 12 ayda (aprel 2019 - aprel 2020) Türkiyə 27,792 milyard dollar məbləğində avtomobil ixrac edib.