Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy mərasimlərinin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Toy mərasimlərinin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Tarix: 29 May 2020 19:12

Bakı. Samir Əli - Trend:

Sərbəstlik artdıqca koronavirusa yoluxanların sayı artır. Buna görə də toy mərasimlərinin keçirilməsinə başlamaq hələlik mümkün deyil.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxmaların sayı artmasaydı, toylar mərasimlərinə icazə verilə bilərdi: "Amma bu gün 230 yoluxma qeydə alınıb. Buna görə də toylara icazə verilməsi riskdir. Əgər yoluxma sayı azalarsa, bu məsələyə baxıla bilər".


Etiketlər:  mərasimlərinin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ