Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir

Tarix: 29 May 2020 19:21

Bakı. Samir Əli - Trend:

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət qurumlarına tapşırılıb ki, himayəsində azyaşlı və yaşlı olanlara müəyyən şərait yaratsınlar: "Uşaqları riskə atmaq olmaz. Ona görə də bu qadağa qüvvədə qalmaqdadır".

Hökumət rəsmisi əlavə edib ki, idman zallarında da elə situasiyalar var ki, koronavirusa yoluxmanın artmasına gətirib çıxarır:

"Qapalı idman zallarında məşqlər keçirilməsi qadağandır: "Açıq havada, stadionlarda və digər ərazilərdə məsafəyə riayət etməklə yarışların keçirilməsinə icazə verilir. Amma zallarda, qapalı yerlərdə məşqlərin keçirilməsi qadağandır".


Etiketlər:  Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir


RƏYLƏR