Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÇL-in finalı İstanbuldan alınır - Sensasion iddia

ÇL-in finalı İstanbuldan alınır - Sensasion iddia

Tarix: 30 May 2020 10:16

UEFA Çempionlar Liqasının finalının ev sahibliyini İstanbuldan almaq barədə düşünür.

Milli.Az qol.az-a istinadən əbər verir ki, bu haqda "Sky Italia" məlumat yayıb. Mənbə bildirib ki, qitənin futbol qurumu Türkiyədə koronavirus pandemiyasının sabitləşməyəcəyindən və təşkilatçıların insanların təhlükəsizliyini təmin edə bilməyəcəyindən narahatdır.

Avqustda keçirilməsi nəzərdə tutulan finalın Almaniyada oynanılmasının planlaşdırıldığı iddia edilib.

ABŞ-ın "Nyu-York Tayms" qəzeti də finalın İstanbuldan alınacağını yazıb. Qəzet yazıb ki, finalın Lissabonda keçirilməsi gözlənilir.

Hələlik bu iddialarla bağlı UEFA-nın mövqeyi bilinmir.

Milli.Az


Etiketlər:  ÇL in finalı İstanbuldan alınır Sensasion iddia


RƏYLƏR