Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 16:00
Müğənni Nadir Qafarzadə toy olmamasına sevinən sosial şəbəkə istifadəçilərinə əsəbiləşib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şou ATV" proqramında məsələyə münasibət bildirib. O qeyd edib ki, toy olmasa da müğənnilər pulsuz qalmayacaqlar:
"Yazırlar ki, yaxşı oldu sizə. Bizə heç nə olmadı. Sənətçi hardan olsa qazanacaq. Toy olmayacaq, kimsə bağına çağırıb, oxutdurub pul verəcək.
Siz niyə sevinirsiz? Toy olmayacaq olmayacaq da. Xoruz yox idi səhər açılmırdı? Əksinə toy olsun ki, xalq sevinsin. Bizə toy-bayram yaraşır. Bu nə deməkdir? Bu necə bədlikdir, arzudur? Bşınıza dəysin arzunuz".