Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə danışdı - FOTO

Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə danışdı - FOTO

Tarix: 31 May 2020 20:00

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazir M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini qeyd edib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də Azərbaycanlı sülhməramlıların "Qətiyyətli dəstək" missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd etdi və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə etdi. Əfqanıstanlı nazir, habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə həmkarını təbrik etdi.

Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı və bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğuladı.

Nazir Elmar Məmmədyarov, öz növbəsində Azərbaycan tərəfinin Əfqanıstan ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etdi. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari ilin mayın 4-də Azərbaycanın sədrliyi ilə videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünə toxunan nazir, bu xüsusda BMT Baş Assambleyasının da xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürüldüyünü qarşı tərəfin diqqətinə çatdırdı. Müəyyən olunmuş prioritetlərə uyğun olaraq və mövcud aktual məsələlər nəzərə alınmaqla, Qoşulmama Hərəkatı çərçivəsində həmrəyləyin gücləndirilməsi və Hərəkatın özünün nüfuzunun artırılması istiqamətində sədrlik fəaliyyətimizin davam etdirildiyi bildirildi.

Tərəflər, həmçinin iki ölkə arasında mövcud siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardılar. Lapis-Lazuli nəqliyyat dəhlizinin strateji əhəmiyyəti qeyd edildi və bu çərçivədə əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq İşçi Qrupları səviyyəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulandı. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinin Lapis-Lazuli layihəsinə dəstəyin yeni bir komponenti ola biləcəyi qeyd edildi.

Tərəflər, həmçinin iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirərək, qarşılıqlı ticarət əlaqələrinin davamlılığının təmin edilməsi üçün geniş imkanların olduğunu ifadə etdilər.

Nazirlər, eyni zamanda iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini vurğuladılar. Tərəflər qlobal pandemiya yekunlaşdıqdan sonra ölkələrə səfərlərin edilməsi məqsədilə qarşılıqlı dəvətlərini ifadə etdilər.


Etiketlər:  Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə danışdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ