Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaşinqton meri iğtişaşlara görə komendant saatı tətbiq edib

Vaşinqton meri iğtişaşlara görə komendant saatı tətbiq edib

Tarix: 1 Iyun 2020 08:24

Bakı. Trend:

ABŞ paytaxtının meri Müriel Bouzer afroamerikalı Corc Floydun Minneapolisdə (Minnesota ştatı) ölümü ilə bağlı yaranan iğtişaşlarla əlaqədar olaraq yerli vaxtla mayın 31-i saat 23:00-dan iyunun 1-i saat 06:00-a qədər komendant saatı tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə şəhər başçısı öz "Twitter" səhifəsində yazıb.

M.Bouzer, həmçinin ABŞ Milli Qvardiyasının qoşunlarının yerli polisə dəstək verəcəyini bildirib:

"Mer Brozer 31 may, bazar günü, saat 23:00-dan 1 iyun, bazar ertəsi, saat 6:00-a qədər Kolumbiyanın [paytaxt] dairəsində komendant saatı tətbiq edir".


Etiketlər:  Vaşinqton meri iğtişaşlara görə komendant saatı tətbiq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ