Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2020 11:00
Bakı. Trend:
Rəqəmsal Media Marketinqi istər biznes və biznes, istərsə də biznes və müştəri arasında kommunikasiyanı daha sadə və sürətli etməklə yanaşı, biznesin “Google” və oxşar axtarış sistemlərində daha asan tapılmasına kömək edir, həmçinin müştəri “feedback”-lərini daha əlçatan etməsi, müştərilərin qərarlarına daha asan təsir etməsi və brendin daha geniş kütləyə tanınması kimi digər üstünlüklər yaradır.
Son dövrlər Rəqəmsal Mediada sürətlə böyüyən şirkətlərdən biri EKVİTA Konsaltinqdir. EKVİTA - hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətlərini göstərən 50 nəfər peşəkarlar heyətli bir şirkətdir. Şirkətin müştəriləri arasında dünya miqyasında fəaliyyət göstərən “Fortune 500” siyahısındakı bir neçə fəal şirkət mövcuddur. Şirkət son dövrlərdə təkcə yüksək xidmət səviyyəsi ilə deyil, həm də Rəqəmsal Mediadakı aktiv fəaliyyəti ilə diqqət mərkəzindədir. EKVİTA Rəqəmsal Mediada “Linkedin” və “Facebook”-la yanaşı həmçinin “Instagram”, “Twitter” və “Youtube” platformalarında fəaliyyətə başlayıb. Bununla da beş ən populyar sosial media platformasında Azərbaycan bazarı üçün fəaliyyət göstərən ilk konsaltinq şirkəti olub.
EKVİTA-nı rəqiblərindən fərqləndirən əsas xüsusiyyətlərindən biri də “Linkedin” platformasında reklama pul xərcləmədən (“organic”) öz daxili imkanları hesabına irəliləyişə nail olunmasıdır. Aşağıdakı qrafikdən də göründüyü kimi, şirkət “Linkedin” platformasında “organic (ödənişsiz) tool” vasitəsilə proqressə nail olub. Şirkətin Marketinq mütəxəssisi - Kənan Səlimov bildirir ki, hazırda əsas hədəfləri bu artım tempini müəyyən müddət sonra stabil olaraq saxlaya bilməkdir. Mütəxəssisin sözlərinə görə, “Linkedin” alqoritmləri uzun müddət ərzində artım göstərə bilən səhifələri avtomatik şəkildə irəli çəkə bilir. Nəticədə daha çox izləyicisi olan “Linkedin” səhifələri “Linkedin” axtarış sistemində daha irəlidə görünür, bu da öz növbəsində daha çox auditoriyaya çatmalarına kömək edəcəkdir, dedi.
Şirkətin “Linkedin” səhifəsində son bir il ərzindəki dinamikası
EKVİTA yalnız “Linkedin” üzərindən deyil, həm də digər rəqəmsal biznes alətləri üzərindən potensial müştərilərə sürətli şəkildə çatmağı hədəfləyir. “Facebook”-da nail olunan sürətli artım da bundan xəbər verir. Belə ki, 4 il ərzində “Facebook”-da nail olunan izləyici sayı ilə müqayisədə bir neçə ay ərzində on dəfə daha artıq artımın əldə olunması göstərir ki, EKVİTA həm də “Facebook” axtarış sistemində ilk sıraya yerləşməyi hədəfləyir.
Şirkətin “Facebook” səhifəsində bir illik izləyici artımı vizual olaraq
Yenicə daha müasir özəlliklərə malik veb səhifəsini üç fərqli dildə istifadəyə verən EKVİTA, “Google”-un verdiyi “SEO” və “SEM” alətlərini də diqqətlə izləyir. Bundan başqa şirkət, “Youtube”, “Twitter” və “Instagram” platformalarında da yüksək aktivliyə nail olub. “Youtube”-da ən çox abunəsi olan yerli konsaltinq şirkəti olmaqla bərabər, paralel “Instagram” üzərindən “IGTV”-də yayımlara başlamışdır.
EKVİTA-nın yeni Veb səhifəsi
Müştərilərin “Google”-da EKVİTA-ya verdiyi rəylər.
Kənan Səlimov bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini isə İtaliyanın “Bolonya” Universitetində almışdır. Daha sonra “Tampere” (Finlandiya) və “İnland” (Norveç) Universitetlərində magistr təhsilinə davam etmişdir. O EKVİTA şirkətinin Marketinq Üzrə Koordinatordur.