Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heyvanları öldürənlər cinayət məsuliyyətinə cəlb edilsinlər - TƏKLİF - VİDEO

Heyvanları öldürənlər cinayət məsuliyyətinə cəlb edilsinlər - TƏKLİF - VİDEO

Tarix: 1 Iyun 2020 18:36

Videoda gördüyünüz o itlərdir ki, sahibləri tərəfindən döyüşlərə, davalara cəlb olunub, bir-birinə ölümcül xəsarət yetirilənə qədər döyüşdürülüb. Hazırda onlar İDEA İB-nin sığınacağında və nəzarət altındadırlar.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Fərid Mansurov - QHT rəhbəri: "Hazırda burada bizim xilas etdiyimiz 14 pitbul var. Bu itlər insana qarşı son dərəcə mehribandı. Lakin digər itlərə qarşı dözümləri yoxdur. Onları öz şikarları kimi görürlər".

Elə bu amil də, onların it qumarına cəlb olunması üçün zəmin yaradır. Tarixi "ənənə"lərdən olan it davaları, sonradan maddi maraqlar üzərində qurulmağa başlayıb. Lakin dünya miqyasında heyvan hüquqları ilə bağlı qərarların qəbulu bu doyüşləri qeyri-leqal formaya keçirdi. Hazırda Azərbaycanda belə döyüşləri təşkil edənlər inzibati cəzaya cəlb edilir.

Fərhad Kazımov - Hüquqşünas: "Bu, CM-nin 274-cü maddəsi ilə tənzimlənir. Rəftar etmə, şikəst etmə, o cümlədən tələf edilməsinə görə, 500 manat cərimə nəzərdə tutulur. Həmin şəxs tərəfindən o məbləğ tam ödənilməlidir".

Amma heyvansevərlər bu cəzanın yünğul olduğu qənaətindədirlər. Onların fikrincə, istənilən heyvanla pis rəftara görə daha ağır cəza verilməlidir.

Fərid Mansurov - QHT rəhbəri: "Heyvanlara qarşı amansız rəftara görə, cinayət məsuliyyəti nəzərdə tutulsun, bu barədə CM-nə əlavələr edilsin və konkret olaraq hansısa heyvana əziyyət verən, hevanları öldürən, onlardan qazanc əldə edənlər cinayət məsuliyyətinə cəlb edilsin".

Fərhad Kazımov - Hüquqşünas: "Qanunsuz ov etmə, qanunsuz heyvanları tələf etmə, xeyli miqdarda, külli miqdarda. Hüquqi şəxslər, vəzifəli şəxslər tərəfindən etmə kimi əməllərin hamısı CM-nin 258-ci maddəsinə uyğundur. Qununa dəyişiklik edib, əlavə etmək olar".

Ekpsetlər deyir ki, cəzanın nisbətən yumşaq olması, bu kimi döyüşlərin gizli də olsa, davam etdirilməsinə şərait yaradır. Çünki heyvan döyüşlərindən həzz alan, kifayət qədər pul qoyub, qazanc götürən şəxslər hələ də var...


Etiketlər:  Heyvanları öldürənlər cinayət məsuliyyətinə cəlb edilsinlər TƏKLİF VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ