Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roman Abramoviç İsraildə ən bahalı villanı alıb

Roman Abramoviç İsraildə ən bahalı villanı alıb

Tarix: 2 Iyun 2020 06:16

Bakı. Trend:

Roman Abramoviç 65 milyon dollara İsrailin ən bahalı villasını alıb.

Trend-in məlumatına görə, villa Tel-Avivdən 15 kilometr şimalda Gersliya-Pituax şəhərində yerləşir.

Sahibkar 2 min kv.m. sahəsi olan mülkün alınması barədə sövdələşməni 2006-cı ildə Gersliya-Pituax şəhərində iki torpağ sahəsini 21 milyon dollara alaraq birləşdirən və yuxarıda qeyd edilən villanı tikən milyarder Alan Qovard ilə imzalayıb.

Bildirilir ki, bu 2018-ci ilin mayında İsrail vətəndaşlığını almış R.Abramoviç tərəfindən ölkədə alınan ilk əmlak deyil. 2015-ci ildə iş adamı Təl-Əvivin cənubundakı tarixi Neve Tzedek rayonunda "Varsano" butiki otelini və on bitişik 1.5 min kvadrat metr olan ərazini 25 milyon dollara əldə edib.


Etiketlər:  Roman Abramoviç İsraildə ən bahalı villanı alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ