Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 14:52
Bakı. Elçin Mehdiyev – Trend:
Hazırda Azərbaycanın 2020-ci il büdcəsinin yerinə yetirilməsi ilə bağlı hər hansı bir problem yoxdur.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.
-->Nazir bildirib ki, ötən beş ayın nəticələri mövcuddur və kifayət qədər profisit yaranıb. Onun sözlərinə görə, bu yaxşı mənzərədir və nəticələr barədə ətraflı məlumat təhlillərdən sonra təqdim olunacaq.