Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

Tarix: 3 Iyun 2020 07:52

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yerli vaxtla təxminən saat 21:00-dan sonra (Bakı vaxtı ilə 05:00) odlu silahdan istifadə edərək iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polis əməkdaşları cinayətkarı ağır yaralayıblar. O, daha sonra ölüb. İnsident zamanı iki polis əməkdaşı xəsarət alıb.

Qeyd edilir ki, ötən gecə ərzində Nyu-Yorkda afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları zamanı təxminən 700 nəfər saxlanılıb.


Etiketlər:  Nyu Yorkda atışma olub ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ