Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 12:57
"Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfransda Prezident İlham Əliyev geniş nitq söylədi və bir çox mühüm məsələlərə toxundu, xüsusilə koronavirus pandemiyası dövründə Azərbaycanda həyata keçirilən tədbirlərin mahiyyətindən danışdı".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Azərbaycan koronavirus pandemiyası dövründə mübarizə tədbirlərini təkcə, milli ruhda deyil, eyni zamanda regional və qlobal ruhda həyata keçirilib: "Ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən geniş miqyaslı və sistemli tədbirlər bir daha göstərdi ki, Azərbaycan Prezidentinin apardığı siyasətin mərkəzində ilk növbədə Azərbaycan vətəndaşı və onun sağlamlığı dayanır.
Eyni zamanda ölkə iqtisadiyyatının davamlı və dayanıqlı şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən özəl sektora çox böyük dəstək verilib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə təşkilatına maliyyə dəstəyi göstərib ki, pandemiyadan əziyyət çəkən ölkələrə dəstək göstərilsin. Ümumilikdə Azərbaycan belə yardımları 30-a qədər ölkəyə edib.
Bu onu göstərir ki, Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində koronavirus pandemiyası dövründə Azərbaycan vətəndaşlarını qorumaqla yanaşı dünyada pandemiyaya qarşı aparılan tədbirlərə öz töhfəsini verib. Bu, Azərbaycanın nə qədər qüdrətli, sülhsevər bir ölkə olduğunu sübut etdi".
C.Osmanov vurğulayıb ki, bütün ölkələrin iqtisadiyyatı pandemiyadan zərər görür: "Azərbaycanda bu zərərin aradan qaldırılması üçün özəl sektora, sahibkarla çox böyük dövlət dəstəyi göstərilib. Baxmayaraq ki, pandemiya dövründə inkişaf etmiş ölkələrin belə iqtisadiyyatı mənfi rəqəmlərə məruz qaldı, uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı 0.2 faiz artıb və qeyri-neft sektorunun inkişafı da 16 faizə çatdırılıb. Bu o deməkdir ki, Azərbaycanın güclü iqtisadiyyatı formalaşıb".