Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuventus”a xəyanət etməmək üçün xaricə getdim''

“Yuventus”a xəyanət etməmək üçün xaricə getdim''

Tarix: 3 Iyun 2020 14:34

"Zenit”in keçmiş yarımmüdafiəçisi Klaudio Markizio Sankt-Peterburq klubuna transferi haqda danışıb.

Qol.az xəbər verir ki, italiyalı futbolçu “Tuttosport”a açıqlamasında doğma klubu “Yuventus”a xəyanət etməmək üçün ölkə xaricinə yollandığını deyib:

“Nəyə görə A Seriya klubu yox, məhz “Zenit”? “Yuventus”a xəyanət etməmək üçün ölkə xaricinə yollandım. Karyeramı İtaliyada davam etdirməməyimin əsas səbəbi məhz budur. Turində keçirdiyim illər ərzində çox şeylər yaşamışam”.

Markizio digər tərəfdən də hər zaman başqa ölkədə çıxış etmək barədə düşündüyünü bildirib: "Bu, bütün ailə üzvlərim üçün də yeni təcrübə idi. Uşaqlar məktəbə gedirdilər, həyat yoldaşımın isə yeni rəfiqələri var idi. Amma o rusca danışmırdı. Komandada əsasən ingilis və az da olsa ispanca danışırdılar. Bu da argentinalılarla bağlı idi. İstənilən halda meydanda əsl və ən asan olan ayaqlar və başların dilidir".

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 13 il - 2005-2018-ci illərdə "Yuventus"da çıxış edib.

 


Etiketlər:  Yuventusa xəyanət etməmək üçün xaricə getdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ