Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şənbə-bazar günləri hərəkət tam məhdudlaşdırıla, mağazalar bağlana bilər - Operativ Qərargah

Şənbə-bazar günləri hərəkət tam məhdudlaşdırıla, mağazalar bağlana bilər - Operativ Qərargah

Tarix: 3 Iyun 2020 19:20

İstirahət günləri karantin rejimi sərtləşdirilə bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O, həftə sonları tam məhdudlaşdırılmaya keçiriləcəyini bildirib:

"Artıq məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Belə bir fikir var ki, cümə günü axşamdan bazar ertəsi səhər saat 5-ə qədər, müxtəlif saatlar ola bilər, səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, ictima nəqliyyatın, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın, iş rejimləri məhdudlaşdırılsın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın". 

Təhməz Təkin


Etiketlər:  Şənbə bazar günləri hərəkət məhdudlaşdırıla mağazalar bağlana bilər Operativ Qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ