Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 19:42
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, vətəndaşlar iki gün üçün zəruri ehtiyaclarını ödəmək məqsədilə alış-veriş etməlidirlər. Lakin bu, yalnız 2 gün ərzində olacaq.
R.Bayramlı qeyd edib ki, həmin günlərdə vətəndaşlara SMS-lə küçəyə çıxmasına icazə veriləcək: "Ancaq bu, SMS əvvəlki kimi olmayacaq. Xüsusi sağlamlıq vəziyyətlərində küçəyə çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın da tam qapadılması nəzərdə tutulur".
TƏBİB sədri əlavə edib ki, dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması barədə də təkliflər verilib.