Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 20:20
Azərbaycan Premyer Liqasının qalan hissəsinin yeni təqviminində dəyişiklik ola bilər.
Qol.az xəbər verir ki, ölkə çempionatında şənbə və bazar günlərinə nəzərdə tutulan 21-ci (21 iyun), 24-cü (5 iyul) və 27-ci turların (25 iyul) vaxtlarının dəyişməsi mümkündür.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunmasını təklif ediblər və bu təklifin detalları müzakirədədir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri tam küçəyə çıxma qadağası barədə qərar veriləcəyi təqdirdə, Premyer Liqada da şənbə və bazar günlərinə nəzərdə tutulan oyunların vaxtı dəyişdiriləcək.