Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 15:16
Bakı. Trend:
Nəqliyyat vasitələrinin Bakı Dairəvi-1 avtomobil yolu ilə müxtəlif istiqamətlərdə (Sumqayıt yolu, “20 Yanvar” dairəsi və “Şamaxı yolu”, həmçinin Abbas Mirzə Şərifzadə küçəsi, Yeni Yasamal və MİDA-nin yeni inşa etdiyi yaşayış massivləri istiqamətində) fasiləsiz və rahat hərəkətinin təmin olunması məqsədilə sözügedən yolun 6-cı km-də, yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri yerləşən ərazidə hərəkətin təşkilində dəyişiklik edilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində sözügedən ərazidə yeni geriyə dönmə yeri yaradılıb. Bunun üçün ərazidə yolun hərəkət hissəsi zəruri olan yerlərdə 1 və 2 hərəkət zolağı enində genişləndirilib, zəruri yol nişanları, eyni zamanda məlumatverici-göstərici lövhələr quraşdırılıb və standartın tələblərinə uyğun üfüqi nişanlama işləri aparılıb.
Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayıb. Artıq Bakı Dairəvi-1 avtomobil yolunun hər iki istiqaməti ilə hərəkət edən avtonəqliyat vasitəıləri yeni yaradılmış yol hissəsindən istiffadə edərək qeyd edilən istiqamətlərdə, o cümlədən Badamdar şossesi istiqamətində rahat şəkildə hərəkət edə bilərlər.
Yeni yol hissəsinin yaradılması ilə hərəkətin təşkilində edilən dəyişikliklər nəticəsində sürücülərimiz həm uzun məsafə qət edərək vaxt itkisi ilə üzləşməyəcək, həm də aparılmış yenidənqurma işləri Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.