Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 15:56
“Atletiko”nun məşqçisi Herman Burqos komandadan ayrılır.
Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis klubun saytına açıqlamasında mövsümün sonunda Madrid təmsilçisini tərk edəcəyini deyib. 2011-ci ildən baş məşqçi Dieqo Simeonenin köməkçisi olan argentinalı keçmiş qapıçı baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini bildirib.
Qeyd edək ki, Burqos və Simeone 2011-ci ildə “Kataniya”da birgə işləməyə başlayıb, daha sonra “Rasinq”də çalışıblar.