Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Məni döyür, stola bağlayırdı" - Oğlundan müğənni ilə bağlı iddia

Tarix: 4 Iyun 2020 18:00

12 ildir övladını görməyən müğənni Dana Durdana "Bizimləsən" verilişinə gələrək kömək istəyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi verilişin yaradıcı heyətindən onu oğlu Muradla görüşdürməyi, danışdırmağı xahiş edib. Durdana bildirib ki, ərindən boşananda oğlunun 6 yaşı olub və uşağını əlindən alıblar.

Ötən gün isə Murad efirə zəng edərək, anasını istəmədiyini deyib:

"Ağlamağa ehtiyac yoxdur. Bu məsələni bitirmək istəyirəm. Üç yaşlı uşağı kosmetik vasitələrini dağıtdı deyə, döymək olar? Məni döyürdü, ayağımı stola bağlayırdı. Durdana xanım, bibilərim, onların ərləri haqda yalan sözlər deyir. Onu istəmirəm, heç ürəyimdə bir damcı da ona qarşı rəhm yoxdur. Mənə baxan, qayğımı çəkən bibilərim olub".

Göz yaşlarını saxlaya bilməyən Durdana "Səni həmişə çox istəmişəm. Qurban olum, mənə şans ver. Oğlum məni çox istəyir. İstəməsə, efirə zəng vurmazdı. Ona bibiləri müdaxilə edir. Sənə də ana lazım olacaq, arxandayam. Nə vaxt istəsən zəng et" sözlərini söyləyib.

Qeyd edək ki, Durdana dayısı oğlu ilə ailəli olub və ayrılıb. O, boşanandan sonra oğlu atası ilə qalıb. İfaçı illərdir oğlunun onu görmək istəmədiyini söyləyib.

Milli.Az


Etiketlər:  Məni döyür stola bağlayırdı Oğlundan müğənni ilə bağlı iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ