Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 18:16
Daxili uçuşların yaxın günlərdə bərpası gündəmdədir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bununla bağlı metodiki göstərişlər hazırlanaraq təsdiq edilib.
Beynəlxalq ucuşlara gəldikdə, R.Bayramlı qeyd edib ki, bir sıra beynəlxalq hava nəqliyyatı qurumları bu barədə məlumat veriblər: "Bu istiqamətdə müzakirələr davam edir".