Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

Tarix: 4 Iyun 2020 19:21

Bakı. Trend:

“Keşikçi-dağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb:

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb".


Etiketlər:  Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ