Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 11:32
"Bayer" futbolçusu Kay Havertz üçün "Real"ın göndərdiyi təklifi rədd edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,Madrid klubu 20 yaşlı yarımmüdafiəçinin növbəti mövsüm Leverkuzen təmsilçisində icarədə qalması şərti ilə onun üçün 80 milyon avro təklif edib. Ancaq "Bayer" bu təklifi müsbət cavablandırmayıb.
Bildirilib ki, klub oyunçunun satışından 100 milyon avro qazanmaq istəyir. Havertzlə "Mançester Yunayted"in də maraqlandığı vurğulanıb.
Qeyd edək ki, alman futbolçu bu mövsüm 37 matçda 15 qol vurub.