Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 22:32
Bakı. Trend:
İtaliyada son sutka ərzində yeni növ koronavirusa daha 518 nəfər yoluxub.
Trend-in "Sinhua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 234 531 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 163 781 nəfəri sağalıb və evə buraxılıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 85 nəfər ölüb, ölənlərin ümumi sayı 33 774 nəfər təşkil edir.
Hazırda İtaliyada koronavirusun aktiv forması 36 976 nəfərdə müşahidə edilir.