Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 16:02
“Roma” bu mövsüm tarixi ərzində rekord həcmdə itkiyə məruz qalıb.
Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, 2019/20 mövsümünün ilk 9 ayı ərzində klub 126,4 milyon avro zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (29,5 milyon avro) təqribən 100 milyon avro çoxdur.
Paytaxt klubunun itkisi bu mövsüm Çempionlar Liqasına düşə bilməməsi və koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərlə əlaqədardır.