Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 22:36
Hamiləlik zamanı müxtəlif səbəblərə görə qadınlara antibiotiklər təyin oluna bilir.
London Universitet kolecinin alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, hamiləlikdə makrolid qrupuna aid olan antibiotiklərdən istifadə uşaqlarda qüsurların riskini xeyli artırır. Penisillin qrupuna aid olanlarda belə risk aşkar olunmayıb.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, makrolidlərdən istifadə uşaqlarda ürək, beyin və cinsiyyət orqanlarının qüsurlarının riskini artırır.
British Medical Journal yazır ki, ilk üçaylığında penisillin qəbul edən qadınlarla müqayisədə makrolidləri qəbul edənlərdə bu risk 55% daha yüksəkdir. Ən təhlükəli makrolidlər arasında alimlər eritromisin, klaritromisin, azitromisin kimi dərmanların adını qeyd edir.
Alimlər bu nəticələrə 1990-ci ildən 2016-cı ilə kimi doğulmuş 1 milyon uşağın sağlamlıq haqqında məlumatlarını analiz etdikdən sonra gəliblər.