Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yol polisi qolu sınan azyaşlını xəstəxanaya çatdırdı (VİDEO)

Bakıda yol polisi qolu sınan azyaşlını xəstəxanaya çatdırdı (VİDEO)

Tarix: 8 Iyun 2020 11:40

Bakı. Samir Əli - Trend:

Bakıda polis xəsarət alan azyaşlıya yardım edib. Trend-in məlumatına görə, hadisə iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Qəsəbə ərazisində yaşayan azyaşlı evdə ehtiyatsızlıqdan yıxılıb və qolu sınıb. Uşağın valideyni ərazidə xidmətdə olan yol polisi əməkdaşlarına müraciət edərək onlardan yardım istəyirb. Xidmətdə olan yol polisi əməkdaşları icazə əsasında xidməti ərazini tərk edərək azyaşlı və onun valideynini xəstəxanaya çatdırıb. Uşağa xəstəxanada ilkin tibbi yarm göstəriləndən sonra onlar evlərinə qaytarılıblar.

Xəsarət alan azyaşlının valideyni yol polislərinə minnətdarlıq edib.


Etiketlər:  Bakıda polisi qolu sınan azyaşlını xəstəxanaya çatdırdı VİDEO


RƏYLƏR