Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Turan” rekordçudur

“Turan” rekordçudur

Tarix: 8 Iyun 2020 12:24

Azərbaycan çempionatları tarixinin ən uzun qol seriyası “Turan”a məxsusdur.

Qol.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının saytının hazırladığı statistik yazıda bildirilir.

Komanda 1993-95 mövsümlərində qarşısıalınmaz hücum xəttinə malik olub. Tovuzlular ardıcıl 33 oyunda meydanı qolsuz tərk etməyib. 1993-cü il oktyabrın 10-da Sumqayıt “Xəzər”inə 0:1 hesabı ilə uduzandan sonra hər görüşdə qol vuran qərblilərin seriyası 1995-ci il fevralın 12-də Neftçala “Pambıqçı”sına eyni hesabla uduzanda qırılıb.

İkinci göstərici digər Qərb klubu “Şəmkir”ə məxsusdur. İkiqat ölkə çempionu 2000-01-ci illərdə 28 matçda meydanı qolsuz tərk etməyib. “Kəpəz” və “Neftçi” 25 qarşılaşmadan ibarət seriya ilə 3-cü yeri bölüşür. Bakılılar bu seriyaya bir təqvim ilində - 2004/05 mövsümünün ikinci və 2005/06 mövsümünün ilk yarısını əhatə edən dövrdə imza atıb.
Ümumiyyətlə, çempionatlar tarixində 10 dəfə hər hansı komanda 20 və daha çox görüşdə qolları sıralayıb. “Kəpəz”lə “Neftçi” hərəyə üç, digərləri bir dəfə belə uğurlu seriyaya imza atıb.


1. “Turan” – 33 oyun (1993-1995)

2. “Şəmkir” – 28 oyun (2000-2001)

3-4. “Kəpəz” – 25 oyun (1997-1998)

3-4. “Neftçi” – 25 oyun (2005)

5-6. “Kəpəz” - 23 oyun (1999.2000)

5-6. “Qarabağ” - 23 oyun (2015-2016)

7. “Neftçi” – 22 (2006-2007)

8-10. “Kəpəz” – 21 oyun (1994)

8-10. “Neftçi” - 21 oyun (2018)

8-10. “Qəbələ” – 21 oyun (2015)

 


Etiketlər:  Turan rekordçudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ