Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rabitəbank 2019-cu ili 15 milyon manat mənfəətlə başa vurub - AUDİT HESABATI

Rabitəbank 2019-cu ili 15 milyon manat mənfəətlə başa vurub - AUDİT HESABATI

Tarix: 8 Iyun 2020 17:48

Bakı. Trend:

“Rabitəbank” ASC 2019-cu il üçün audit hesabatını açıqlayıb. Bankın audit hesabatı beynəlxalq auditor şirkəti “KPMG” tərəfindən hazırlanıb.

Beynəlxalq auditorun hesabatına görə, ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurmuşdur. Audit hesabatına əsasən, 2019-cu ilin sonuna bankın aktivləri 728 mln manat həcmində olub. Bankın aktivləri 2020-ci ilin 31 may tarixində 934 milyon manat təşkil edib.

Hesabatda qeyd edilir ki, bankın kredit portfeli 2019-cu il ərzində 25.6% artaraq 352 milyon manat təşkil etmişdir. Bankın Nizamnamə kapitalı 102 milyon manat həcmindədir.

Gəlir xərc hesabatına əsasən bu dövr ərzində “Rabitəbank”ın xalis faiz gəlirləri əvvəlki il ilə müqayisədə 35% artaraq 38 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 21% artaraq 5 milyon manat təşkil etmişdir. Cəmi əməliyyat gəliri 29% artaraq 46 milyon manata, mənfəət isə əvvəlki illə müqayisədə 26% artaraq 15 milyon manata çatmışdır.

Bankın maliyyə dayanıqlığını nümayiş etdirən göstəricilərdən biri olan ani likvidlik əmsalı audit hesabatına əsasən Mərkəzi Bank tərəfindən tələb olunan “minimum 30%” normasından üç dəfədən çox olaraq 97%, kapital adekvatlığı isə Mərkəzi Bank tərəfindən tələb olunan “minimum 12%” normasından da 3 dəfədən çox olaraq 31,54% təşkil etmişdir.

Ölkənin ilk kommersiya banklarından biri olan “Rabitəbank” 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın xidmət şəbəkəsi 16 region və Bakı şəhərində 25 xidmət məntəqəsi, 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Etiketlər:  Rabitəbank 2019 milyon manat mənfəətlə başa vurub AUDİT HESABATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ