Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 23:24
Bakı. Trend:
2020-ci ildə digər qonşu ölkələrə ixracın coğrafiyasının genişləndirilməsi planlaşdırılır və bunun üçün bir sıra zəruri tədbirlər görülür.
Bu barədə Trend-ə Tikinti materialları istehsalşıları assosiasiyasının (ATMİA) sədri Elxan Bəşirov deyib.
Onun sözlərinə görə, ixracat bu günə qədər Gürcüstan və Rusiyaya həyata keçirilib.
"Ümumi satışın 2,5 faizi xarici ölkələrə edilən ixracatın payına düşür. Bu ilin əvvəlindən ən çox tələbat xaricdə şüşə, parket və fasad materiallarına olub. Tikinti materiallarının dəyərinin 30 faizi avtomobil, dəniz və ya dəmir yolu vasitələrindən istifadədən asılı olmayaraq nəqliyyat xərcləridir. Dünyanın başqa heç yerində belə bir şey yoxdur. Hesab edirik ki, nəqliyyat xərcləri istehsal maya dəyərinin maksimum beş faizi olmalıdır".
ATMİA sədri qeyd edib ki, daxili bazarda dəyişikliklər 2020-ci ilin birinci rübündə aydın şəkildə görünüb. Bunun əsas səbəbi hazırda qlobal problem olan pandemiyadır. Bu dövrdə tikinti materialları bazarındakı əlverişsiz vəziyyət tələbatın azalması ilə əlaqələndirilir. Əvvəlki iki ilə müqayisədə tələbat xeyli azalıb.
Qeyd edək ki, Azərbaycan Tikinti materialları istehsalçıları assosiasiyası 2017-ci ildə ölkədə sahibkarlığın inkişafını təmin etmək məqsədi ilə həyata keçirilən sistemli islahatların davamı olaraq yaradılıb.
Twitter: Fidan_Babaeva