Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 19:18
Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusa yoluxan xəstələr arasında letallıqla nəticələnən hallar az baş verir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, hazırda xüsusi rejimli xəstəxanalarda 3487 aktiv koronavirus xəstəsi müalicə edilir. Onların 136 nəfəri reanimasiya şöbəsindədir.
R.Bayramlı qeyd edib ki, test müayinəsi nəticəsində COVİD-19 virusu aşkarlanmayan, amma klinikası COVİD-19-a xas olan əlamətlərin müşahidə edildiyi xəstələr də var: "Onlar arasında vəziyyəti ciddi olanlar da var. Belə şəxslər COVİD-19-un protokoluna uyğun olaraq müalicə edilirlər".