Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 14:08
Bakı. Elçin Mehdiyev - Trend:
9 iyun 2020-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105010786 ISIN kodlu, tədavül müddəti 728 gün olan 25.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, AZ0105010786 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 48.9 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 25.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.3572 (gəlirlilik 9.7990%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 7 iyun 2022-ci ildir.