Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 14:20
2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana polad ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,93 faiz azalaraq 36,873 milyon dollar təşkil edib.
Sonxeber.net əbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
May ayında Türkiyədən Azərbaycana polad ixracı ötən ilin mayı ilə müqayisədə 22,31 faiz azalıb və 7,832 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin polad ixracı 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 22,9 faiz azalıb və 4,851 milyard dollara bərabər olub.
2020-ci ilin yanvar-aprel aylarında polad ixracı Türkiyənin ümumi ixracının 7,9 faizini təşkil edib.
Qeyd edək ki, son 12 ay ərzində (may 2019-may 2020) Türkiyənin polad ixracı 12,393 milyard dollara bərabər olub.