Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 15:12
Bakı. Trend:
Tanınmış rusiyalı yazıçı və yumor ustası Anatoliy Truşkin 78 yaşında koronavirusdan dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə onun dostu, yumorist Nikolay Lukinski bildirib.
Onun sözlərinə görə, yazıçının nəvəsi faktı təsdiqləyib.
A.Truşkinin 1 ay koronavirus infeksiyasına görə xəstəxanada müalicə olunduğu, ilk öncə vəziyyəti ağır olduğu üçün reanimasiya şpbəsinə yerləşdirildiyi, son günlər isə özünü yaxşı hiss etdiyi bildirilsə də, qəfil səhhətində ağırlaşma olub və dünyasını dəyişib.
O, 1941-ci ildə Çelyabinskdə dünyaya gəlib, bir çox ədəbi mükafatların laureatı olub.