Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 15:27
Bakı. Elçin Mehdiyev – Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 22 milyard 382,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin gəlirləri 1,3% artıb və əhalinin hər nəfərinə orta hesabla 2 247,9 manatlıq gəlir düşüb.
Əhalinin banklardakı əmanətləri isə 2020-ci il 01 may vəziyyətinə 7 milyard 758,0 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 11 faiz azdır.