Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 12:24
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "20 Yanvar" - "Masazır" dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda "Masazır" dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.
Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sonxeber.net xəbər verir ki, yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.