Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Alyans Arena"nı alaq basdı - Şəkil

Tarix: 12 Iyun 2020 13:42

“Bavariya”nın ev oyunlarını keçirdiyi "Alyans Arena"nın tribunalarının beton pilləkənlərinin arasında alaq otları bitib.

Qol.az xəbər verir ki, bu mənzərəni əks etdirən foto "Bild" nəşrinin İnstaqram səhifəsində paylaşılıb.

Şəkilə başlıq kimi isə "Stadionlara qayıtmalarına icazə verilsə, azarkeşlər ilk növbədə, öz yerlərinə gedib çatmağı bacarmalıdırlar"  yazılıb.

Qeyd edək ki, Bundesliqada mövsüm bərpa olunsa da, koronavirus pandemiyası ilə əlaqədar tribunalara azarkeşlər buraxılmır.


 


Etiketlər:  Alyans Arenanı alaq basdı Şəkil


RƏYLƏR