Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ülvi Mehdiyev: İcazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu

Ülvi Mehdiyev: İcazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu

Tarix: 12 Iyun 2020 18:06

Koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimində 70 minə yaxın yeni əmək müqaviləsinin imzalanmasının şahidi olduq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, icazələr sistemi aprel ayının 3-dən tətbiq edilməyə başladı: "Həmin dövrdə 70 minə yaxın yeni əmək müqavilələrinin bağlanmasının şahidi olduq. Yəni təşkilatlar icazə almaq üçün icazə sistemində işçinin mütləq əmək və ya xidməti müqaviləsinin olmasını göstərməli idi. Bu cür məhdudiyyətlər onları məcbur edib ki, indiyə qədər qeyri-rəsmi işlətdiyi işçiləri rəsimləşdirsin.

Bu mənada icazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu".


Etiketlər:  Ülvi Mehdiyev İcazə sistemi qeyri formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ