Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:09
Bakı. Samir Əli - Trend:
Kimsə etibarnamə ilə avtomobil idarə edirsə, sərt karantin günlərində həmin avtomobili idarə edə bilər.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, qanunvericiliyə görə, şəxs etibarnaməsi olan avtomobili idarə edə bilər: "Həmin şəxs idarə etdiyi avtomobili icaze-e.gov.az saytında qeydiyyatdan keçirməlidir. Əgər şəxsin avtomobil adınadırsa, amma sürücülük hüququ yoxdursa, həmin şəxs avtomobil idarə edə bilməz. Belə bir fakt aşkarlanarsa, bu karantin qaydalarının pozulması hesab ediləcək