Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maştağada həyətində çətənə becərən şəxs saxlanıldı

Maştağada həyətində çətənə becərən şəxs saxlanıldı

Tarix: 12 Iyun 2020 22:36

Bakı. Trend:

Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan R.Cabbarovun həyətyanı sahəsindən çətənə kolları və marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yaşayan R.Cabbarovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 172 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.


Etiketlər:  Maştağada həyətində çətənə becərən şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ