Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 11:32
Bakı. Trend:
Çinin paytaxtı Pekində topdansatış bazarlarının birində 50-yə yaxın şəxsdə koronavirus aşkar edilib.
Trend-in məlumatına görə, bununla əlaqədar bazarın fəaliyyəti dərhal dayandırılıb.
Çin hökuməti həmin bazarın yerləşdiyi Fentay rayonunda hərbi rejim elan edib.
Qeyd olunur ki, koronavirus bazarın balıq satılan hissəsində aşkar edilib. İnfeksiyaya yoluxma ilə 10 minədək şəxs testdən keçiriləcək.
Bundan başqa, Pekinin həmin rayonunda məktəblər və digər tədris müəssisələri işini dayandırıb.