Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi karantin qaydalarını pozanları cərimələməyə başladı

Bakı polisi karantin qaydalarını pozanları cərimələməyə başladı

Tarix: 13 Iyun 2020 12:30

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları profilaktik tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, paytaxtın bütün rayonları əhatə edən tədbirlərdə ictimai nəqliyyatda, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülür. Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində maska taxmaq məcburidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.


Etiketlər:  Bakı polisi karantin qaydalarını pozanları cərimələməyə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ