Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 12:48
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 295,0 milyon manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2,0 faiz artıb.
Trend-in məlumatına görə, neft məhsullarından sürtkü yağlarının istehsalı 61,2 faiz, neft bitumunun istehsalı 37,2 faiz, yanacaq mazutunun istehsalı 17,4 faiz, dizel yanacağının istehsalı 5,0 faiz, avtomobil benzininin istehsalı 1,2 faiz artıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5 faiz, neft koksunun istehsalı 6,7 faiz, ağ neftin istehsalı isə 13,6 faiz azalıb.