Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 01:12
Bakı. Trend:
Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 13 nəfər yoluxub.
Trend-in "1TV"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 864 nəfərə çatıb. Bildirilir ki, koronavirusa yoluxanlardan 703 nəfəri sağalıb, 14 nəfəri isə vəfat edib.