Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 10:16
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İsveçdə olarkən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan tibbi protokol qaydalarını pozub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İsveç çempionatının 1-ci turunda "Ostersund" üzərində 2:0 hesablı qələbə qazanan "Hammarbü" klubunu təbrik etmək üçün paltardəyişmə otağına girib. Qaydalara görə isə paltardəyişmə otağına yalnız futbolçu və məşqçilərin girişinə icazə verilib.
Qeyd edək ki, Z.İbrahimoviç "Hammarbü" klubunun sahibidir. Onun sözügedən klubda oynaya biləcəyi iddiaları yayılmışdı.