Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 12:18
Nağaraçı Zöhrab Məmmədovun səhhətində ciddi problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var.
Nağaraçının yaxınları bununla bağlı "Facebook"da yardım kampaniyasına başlayıblar. Onlar musiqiçinin bir həftə vaxtı qaldığını vurğulayıblar.
"Mümkün qədər paylaşın. Bir həftəmiz var. Bir insanın həyatını xilas edək. Məşhur azərbaycanlı nağaraçı Zöhrab Məmmədovun təcili köməyə ehtiyacı var. O, 73 yaşındadır. Bir həftə əvvəl yemək yeməyi dayandırıb, ancaq su istəyir. Ayaqları tutulub, çox kəskin arıqlayıb, taqətsizləşib, çətinliklə danışır", - paylaşımda qeyd edilib.
Şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır.
Z.Məmmədova təcili cərrahiyyə əməliyyatı, ardınca da müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri insanları lazımi məbləği - 3000 manatı toplamağa kömək etməyə çağırır.