Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 12:36
Bakı. Trend:
Şimali Koreyanın Cənubi Koreya ilə sərhədi yaxınlığında yerləşən Keson şəhərində partlayış törədilib.
Trend-in məlumatına görə, hadisə şəhərdə yerləşən və hər iki ölkə üçün açıq olan sənaye kompleksində baş verib.
İlkin məlumatlara əsasən, Şimali Koreya rəhbərliyi ölkələrarası rabitə ofisini partladıb.
Xatırladaq ki, ötən həftə rəsmi Pxenyan Seulla bütün əlaqələrin dayandırıldığını elan eləmişdi. Bu gün səhər saatlarında isə Şimali Koreya Cənubi Koreya ilə sərhədləri möhkəmləndirmək niyyətini açıqlayıb.