Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 16:36
Bakı. Samir Əli - Trend:
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) əməkdar artist Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.
TƏBİB-dən Trend-ə verilən məlumatda bildirilir ki, son günlər sosial şəbəkələrdə guya əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.
B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.